İranın Bəndər-Abbas limanı ərazisində iki pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilir.
Redaksiya “Tasnim”ə istinadla xəbər verir ki, liman ərazisində eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olub.
Məlumata görə, hadisə ilə bağlı rəsmi açıqlama hələlik verilməyib. İran mənbələri dronların “düşmən PUA-ları” olduğunu iddia edir.
Bildirilib ki, Bəndər-Abbasdakı hadisə Qeşm adasında yerləşən Bəhmən limanı ətrafında baş vermiş partlayışdan fərqlidir.
