İran kəşfiyyat orqanları Mossad ilə əlaqəli olduqları iddia edilən 8 nəfərin saxlandığını açıqlayıb. Onların ölkədə 12 gün davam edən müharibə zamanı həyati obyektlərin koordinatlarını və yüksək rütbəli hərbi rəsmilərlə bağlı məlumatları İsrail kəşfiyyatına ötürdükləri bildirilib.
Redaksiya xəbər verir ki, saxlanılan şəxslərin fəaliyyətlərinin miqyası və istintaqın nəticələri barədə əlavə məlumat ictimaiyyətə açıqlanmayıb.
Rəsmi mənbələr əməliyyatın davam etdiyini və məsələ ilə bağlı yeni detalların yaxın günlərdə açıqlana biləcəyini vurğulayıb.
Sevinc Kərimova
