İran Silahlı Qüvvələri İsrailə qarşı raket hücumuna start verib. Hücumun əsas hədəflərindən biri kimi Dimona şəhərində yerləşən nüvə obyekti göstərilir. Eyni zamanda Negev səhrasında yerləşən hərbi baza və ətraf yaşayış məntəqələrində hava hücumu siqnalları verilib.
Redaksiya xəbər verir ki, yaxın saatlarda İran ordusu tərəfindən atılan raketlərin birbaşa strateji əhəmiyyətli hərbi və nüvə obyektlərini nişan alacağı gözlənilir. Bu onunla əsaslanır ki, İranın paylaşdığı son şəkildə üzərində "Dimona reaktoru tezliklə" kəlmələri yazılı reaktor işarəsi görünür.
Hazırda bölgədə fövqəladə vəziyyət hökm sürür. İsrailin cavab zərbəsi gözlənilir. Rəsmi mənbələr hücumun dəqiq nəticələri və mümkün itkilərlə bağlı hələ açıqlama yaymayıb.
Sevinc Kərimova
