İran ABŞ-a Bab əl-Məndəb boğazını bağlayacağı xəbərdarlığını etdi

İran ABŞ-a Bab əl-Məndəb boğazını bağlayacağı xəbərdarlığını etdi

Yulduz Səlimov · Media ·

İran ABŞ-a qarşı yeni hərbi hücum olacağı təqdirdə Bab əl-Məndəb boğazının bağlana biləcəyi barədə xəbərdarlıq edib.

Redaksiya xəbər verir ki, Tehran mümkün Amerika hücumuna cavab olaraq regionda Vaşinqtonun müttəfiqlərinə məxsus kritik infrastrukturların hədəfə alına biləcəyini bildirib.

Bab əl-Məndəb boğazı Qırmızı dənizlə Ədən körfəzini birləşdirən ən mühüm dəniz keçidlərindən biridir. Bu marşrut Süveyş kanalı üzərindən Asiya, Avropa və Yaxın Şərq ticarəti üçün strateji əhəmiyyət daşıyır.

İranın bu xəbərdarlığı Hörmüz boğazı ətrafında gərginliyin davam etdiyi və ABŞ-İran münasibətlərində yeni hərbi eskalasiya riskinin artdığı dövrə təsadüf edir.

Ekspertlər hesab edirlər ki, Bab əl-Məndəb və Hörmüz kimi iki kritik dəniz keçidində eyni anda gərginlik yaranarsa, qlobal enerji daşımaları və ticarət marşrutları ciddi zərbə ala bilər.

Hələlik ABŞ tərəfi İranın bu xəbərdarlığına rəsmi cavab verməyib.