İlon Mask süni intellekt və humanoid robotlarla yoxsulluğun bitəcəyini bildirdi

İlon Mask süni intellekt və humanoid robotlarla yoxsulluğun bitəcəyini bildirdi

Fərid Əlizadə · İqtisadiyyat ·

İlon Mask gələcək onilliklərdə süni intellektin və humanoid robotların dünya iqtisadiyyatında fundamental dəyişikliklər yaradacağını deyib. O, bu prosesin əmək bazarını və sosial münasibətləri tamamilə yenidən formalaşdıracağını vurğulayıb.

Redaksiya xəbər verir ki, İlon Mask texnoloji inkişafın yoxsulluğu aradan qaldıra biləcəyini bildirib. Onun sözlərinə görə, yaxın 10–20 il ərzində insanların işləməsi məcburi deyil, könüllü fəaliyyətə çevriləcək və pul anlayışı əvvəlki qədər müəyyənedici rol oynamayacaq.

Milyarder hesab edir ki, süni intellekt və humanoid robotlar gündəlik əməyin böyük hissəsini öz üzərinə götürərək insanların yaradıcılıq, elm və yüksək texnologiyalara yönəlməsi üçün geniş imkan yaradacaq. O, bu dəyişikliklərin qlobal miqyasda sosial rifahı artıracağını da vurğulayıb.