İlon Mask: "..konfrans, server və zavod otaqlarında yatıram”

İlon Mask: "..konfrans, server və zavod otaqlarında yatıram”

Fərid Əlizadə · Texnologiya ·

Tesla, XxAI şirkətlərinin rəhbəri İlon Mask, sosial şəbəkədə paylaşdığı açıqlamada hazırda tam iş rejiminə qayıtdığını bildirib. Onun sözlərinə görə, bu dövrdə əsas diqqətini X, xAI və Tesla layihələrinə yönəldib.

Redaksiya xəbər verir ki, milyarder: “Hazırda yenidən 24 saat iş rejiminə geri dönmüşəm, konfrans, server və zavod otaqlarında yatır, fasiləsiz çalışıram. X, xAI və Tesla üzərində maksimum diqqətimi verməliyəm.” - deyə məlumat yayıb.

Mask əvvəllər də Tesla-nın kritik inkişaf mərhələlərində zavodlarda gecələdiyini və yorulmadan işlədiyini bildirmişdi. Bu yanaşma onun işə şəxsi səviyyədə bağlılığını göstərsə də, bəzi mütəxəssislər bu rejimi tükənmişlik riski baxımından təhlükəli hesab edirlər.

Buna baxmayaraq, İlon Mask texnologiya dünyasında fədakarlıq və qeyri-adi liderlik tərzi ilə tanınmaqda davam edir. Onun rəhbərlik etdiyi süni intellekt və elektromobil texnologiyaları sahəsindəki layihələr yaxın aylarda da gündəmdə qalacağı gözlənilir.

Fərid Əlizadə