İlon Mask Çinə səfər etməyi tövsiyə edib

İlon Mask Çinə səfər etməyi tövsiyə edib

Aytac Dəniz · Media ·

Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask Çini yüksək qiymətləndirərək insanlara bu ölkəyə səfər etməyi tövsiyə edib. O, fikirlərini X sosial şəbəkəsində paylaşıb.

Redaksiya xəbər verir ki, Mask paylaşımında Çini möhtəşəm ölkə adlandırıb və insanların bu ölkəni ziyarət etməsini tövsiyə etdiyini bildirib.

İlon Maskın açıqlaması onun Çinlə bağlı növbəti müsbət qiymətləndirməsi kimi diqqət çəkib. O, paylaşımında əlavə siyasi və ya iqtisadi şərh verməyib.