İlber Ortaylı ürək tutması keçirdi, vəziyyəti kritikdir

İlber Ortaylı ürək tutması keçirdi, vəziyyəti kritikdir

Sevinc Kərimova · Cəmiyyət ·

Tanınmış tarixçi-alim, Türk Tarix Qurumunun fəxri üzvü və yazıçı İlber Ortaylı ürək tutması keçirərək xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin kritik olaraq qaldığını bildirirlər.

Redaksiya xəbər verir ki, professor İlber Ortaylı son dəfə Azərbaycana, sentyabr ayının 29-da Naxçıvana səfər etmişdi. O, bölgədəki elmi mühitlə yaxından tanış olmuş, ziyalılarla görüşərək fikir mübadiləsi aparmışdı.

Səfər zamanı alim Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsini də ziyarət etmiş, bölmənin sədri, akademik İsmayıl Hacıyevlə görüşmüşdü. Görüşdə AMEA Naxçıvan Bölməsinin fəaliyyəti, aparılan elmi araşdırmaların istiqamətləri və əldə olunan nailiyyətlər barədə ətraflı müzakirələr aparılmışdı.