Hyundai məşhur Tucson modelinin yeni nəslini təqdim edib. Avtomobil əvvəlki versiyalarla müqayisədə daha futuristik və kəskin xətlərə malik dizayn əldə edib.
Redaksiya xəbər verir ki, yeni Tucson ölçülərinə görə də böyüyüb. Model əvvəlki nəsillə müqayisədə həm daha uzun, həm də daha enli kuzovla hazırlanıb.
Avtomobilin xarici görünüşündə kiberpank üslubunu xatırladan elementlər, yeni işıq qrafikası və daha müasir kuzov formaları diqqət çəkir.
Yeni Hyundai Tucson-un Cənubi Koreya bazarında 2026-cı ildə satışa çıxarılması planlaşdırılır. Modelin digər ölkələrdə satışına isə 2027-ci ildən başlanacağı bildirilir.
