Dünyanın enerji təhlükəsizliyi üçün əsas strateji keçidlərdən biri olan Hörmüz boğazı qlobal neft tədarükünün ən kritik marşrutlarından biri hesab olunur. Bu dar boğaz gündəlik 20 milyon bareldən çox xam neftin daşındığı enerji arteriyası kimi tanınır.
Redaksiya xəbər verir ki, bu göstərici Hörmüz boğazını dünyada enerji təchizatında ikinci ən böyük tranzit dəhlizinə çevirir. Körfəz ölkələrindən çıxarılan neftin böyük hissəsi bu su yolundan keçərək beynəlxalq bazarlara çatdırılır.
Əgər boğazda hər hansı bloklama və ya təhlükəsizlik pozuntusu baş verərsə, bu, qlobal neft qiymətlərinə dərhal təsir göstərə və beynəlxalq enerji bazarında genişmiqyaslı dalğalanmalara səbəb ola bilər.
Fərid Əlizadə
