Amerikalı milyarder İlon Mask Adolf Hitler və sosializm barədə paylaşımı ilə diqqət çəkib.
Redaksiya xəbər verir ki, Mask “Hitler sosialist idi. Buna görə sosialistlər Hitlerdir” ifadəsini işlədib.
Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər arasında fikir ayrılığı yaradıb.
Bəzi istifadəçilər Maskın açıqlamasını siyasi tənqid kimi qiymətləndirib, digərləri isə bu ifadəni tarixi və siyasi baxımdan mübahisəli hesab edib.
İlon Mask son dövrlərdə siyasi və ideoloji mövzulardakı sərt açıqlamaları ilə tez-tez gündəmə gəlir.
