ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, Hindistan Rusiyadan neft idxalını davam etdirəcək.
Redaksiya xəbər verir ki, TASS Hindistan hökumətindəki mənbəyə istinadən yazır: “Rusiya neftinin alınması tamamilə qanunidir və bu məhsul heç vaxt sanksiyalara məruz qalmayıb.” Bildirilir ki, rəsmi Dehli Moskva ilə enerji əməkdaşlığını dayandırmaq niyyətində deyil.
"The New York Times" da xəbər verir ki, Hindistan Trampın mümkün sanksiya təhdidlərinə baxmayaraq Rusiya nefti almaqda qərarlıdır. Hindistan rəsmiləri qeyd edirlər ki, enerji ehtiyaclarının qarşılanması milli maraqların bir hissəsidir və Rusiya ilə əməkdaşlıq bu strategiyanın əsas dayaqlarından biridir.
Hazırda Hindistan Rusiyanın əsas enerji tərəfdaşlarından biri olaraq qalır və ekspertlər bu münasibətlərin yaxın gələcəkdə də dəyişməyəcəyini proqnozlaşdırırlar.
Fərid Əlizadə
