Beynəlxalq Məcburi İtkinlər Günü ilə bağlı Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyevanın bəyanatındanhttps://www.ombudsman.az/az/news/2553 sonra Ermənistan Ombudsmanının bu mövzuda öz “X” hesabında ifadə etdiyi mövqe bir daha göstərir ki, itkinlərin taleyi siyasi mübahisələrdən kənarda, ilk növbədə, insan hüquqları məsələsidir.
Tərəflərin belə məsələlərdə mövqe bildirməsi, ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və bu mövzunun açıq müzakirəsi üçün olduqca vacibdir.
Bu yanaşma beynəlxalq hüquqa hörmətin, hüquq mədəniyyətinin və cəmiyyət qarşısında ictimai məsuliyyətin göstəricisidir.
İnanmaq istərdik ki, bu mövqelər gələcəkdə taleyi naməlum qalan yüzlərlə azərbaycanlının aqibətinin aydınlaşdırılması istiqamətində daha ardıcıl və nəticəyönümlü addımlarla müşayiət olunacaq.
Sülh yalnız razılaşmaq deyil, həm də həqiqətlə üzləşmək və insanın haqqını qorumaqdır.
