HƏMAS və ABŞ arasında birbaşa danışıqlar: İdan Aleksandr azad edilir, atəşkəs gündəmdə

HƏMAS və ABŞ arasında birbaşa danışıqlar: İdan Aleksandr azad edilir, atəşkəs gündəmdə

Sevinc Kərimova · Siyasət ·

Redaksiya xarici KİV-lərə və rəsmi dairələrə istinadən xəbər verir ki, Fələstin HƏMAS hərəkatının yüksək rütbəli nümayəndəsi Al Jazeera telekanalına verdiyi açıqlamada, təşkilatın son günlərdə Birləşmiş Ştatlarla birbaşa danışıqlar apardığını təsdiqləyib. Bildirilib ki, danışıqlar əsasən Qəzzaya humanitar yardımın daxil olması və atəşkəsin əldə olunması məsələlərini əhatə edir.

HƏMAS rəsmisi eyni zamanda İsrail-Amerika vətəndaşı İdan Aleksandrın azadlığa buraxılacağını açıqlayıb. Qeyd edək ki, İ. Aleksandr oktyabr ayında HƏMAS tərəfindən əsir götürülən israilli hərbi qulluqçulardan biri idi.

Ağ Ev bu bəyanatı “müsbət bir addım” kimi qiymətləndirərək, HƏMAS-dan İsrailin Qəzzadakı hərbi əməliyyatları zamanı həlak olmuş 4 amerikalı əsirin nəşlərinin də təhvil verilməsini tələb etdiklərini açıqlayıb.

ABŞ rəsmiləri qeyd ediblər ki, bu danışıqlar Qətər və Misir vasitəçiliyi ilə aparılıb və sülhün bərqərar olması, eyni zamanda bölgədə humanitar böhranın azaldılması məqsədi daşıyır.

Digər tərəfdən, İsrail mediası (Kanal 12) iddia edir ki, İsrail bu birbaşa ABŞ–HƏMAS təmaslarından xəbərsiz olub və bu vəziyyətin Tel-Əvivin bölgədəki siyasətinə təsir göstərə biləcəyi vurğulanır.

Hazırda Qəzza bölgəsində vəziyyət kritik olaraq qalır və bu cür diplomatik kanalların atəşkəsə aparan yolun ilk addımı ola biləcəyi qeyd olunur.

Sevinc Kərimova