HƏMAS ABŞ Dövlət Departamentinin ittihamlarını rədd etdi

HƏMAS ABŞ Dövlət Departamentinin ittihamlarını rədd etdi

Sevinc Kərimova · Siyasət ·

HƏMAS hərəkatı ABŞ Dövlət Departamentinin irəli sürdüyü iddiaları rədd edərək, bunları İsrailin təbliğatı ilə uyğunlaşan və Qəzzada davam edən cinayətlərə örtük yaradan saxta ittihamlar kimi qiymətləndirib.

Redaksiya xəbər verir ki, hərəkat açıqlamasında ABŞ tərəfindən səsləndirilən “planlaşdırılmış hücum” və “atəşkəsin pozulması” iddialarını qəti şəkildə təkzib edib. HƏMAS bildirib ki, bu cür ittihamlar Vaşinqtonun İsraili beynəlxalq təzyiqlərdən qorumaq məqsədi daşıyır.

ABŞ Dövlət Departamenti bundan əvvəl bəyan etmişdi ki, Vaşinqton Qəzza zolağındakı sülh razılaşmasının zəmanətçi ölkələrinə HƏMAS tərəfindən “yaxın zamanda atəşkəsin pozulacağına dair etibarlı məlumat” çatdırıb.