Harris İran müharibəsini sərt tənqid edib

Harris İran müharibəsini sərt tənqid edib

Sevinc Kərimova · Media ·

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris İranla müharibəni sərt tənqid edib.

Redaksiya FOX News və ABŞ mediasına istinadla xəbər verir ki, Harris bu müharibənin Amerika xalqı tərəfindən istənilmədiyini və Konqres tərəfindən təsdiqlənmədiyini bildirib.

Onun sözlərinə görə, hətta Konqres bu addımı təsdiqləsəydi belə, İranla müharibəyə başlamaq doğru qərar olmazdı.

Harris Tramp administrasiyasının İranla bağlı “dağıntı” ritorikasını da tənqid edərək, bunu mənasız adlandırıb.

Keçmiş vitse-prezident bildirib ki, ABŞ xalqı yeni müharibə deyil, daxili problemlərin həllini gözləyir.