Hansı ölkələr Fələstin Dövlətini tanımağa hazırlaşır

Hansı ölkələr Fələstin Dövlətini tanımağa hazırlaşır

Sevinc Kərimova · Siyasət ·

Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınması istiqamətində yeni diplomatik mərhələ başlayır.

Redaksiya xəbər verir ki, 2025-ci ilin payız aylarında bir sıra Qərb ölkələri – Fransa, İngiltərə, Kanada, Portuqaliya, Malta və Avstraliya – Fələstin Dövlətini rəsmi şəkildə tanımağı planlaşdırır. Məsələ ilə bağlı bu ölkələrin hökumətləri daxili məsləhətləşmələrə və beynəlxalq diplomatik koordinasiyaya başlayıblar.

Tanıma prosesinin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası ərəfəsində rəsmi qərarla elan olunacağı gözlənilir.

Ekspertlərin fikrincə, bu addım Qəzza münaqişəsinin fonunda Fələstin məsələsinə dair beynəlxalq münasibətlərin yenidən formalaşdığını göstərir. Həmin ölkələrin tanıma qərarları Fələstin xalqının suverenlik hüququna dəstək olmaqla yanaşı, bölgədə sülh səylərinə də mühüm təsir göstərə bilər.

Qeyd edək ki, bu ölkələrə qədər dünyanın 140-dan çox dövləti Fələstini müstəqil dövlət kimi tanıyıb. Yeni tanıma qərarları isə Fələstin məsələsinin beynəlxalq gündəmdə yenidən mərkəzi yer tutduğunu nümayiş etdirir.

Sevinc Kərimova