Haləbdə komendant saatı tətbiq edildi

Haləbdə komendant saatı tətbiq edildi

Sevinc Kərimova · Siyasət ·

Suriya Ordusu Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd məhəllələrində saat 13:30-dan etibarən komendant saatının tətbiq ediləcəyini açıqlayıb. Bildirilib ki, YPG/SDF silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçiriləcək və əhali bu mövqelərdən uzaq durmağa çağırılıb.

Redaksiya məlumat verir ki, Hələbdə aparılan antiterror əməliyyatını izləyən media nümayəndələrinə qarşı YPG/SDF üzvləri tərəfindən atəş açılıb. Hadisə zamanı pilotsuz uçuş aparatları ilə reportaj hazırlayan jurnalistlərin təhlükə ilə üzləşdiyi qeyd olunub.

Türkiyənin Milli Müdafiə Nazirliyi əməliyyatın tam şəkildə Suriya Ordusu tərəfindən həyata keçirildiyini bəyan edib. Nazirlik Suriyanın təhlükəsizliyinin öz təhlükəsizlikləri olduğunu vurğulayıb və ölkənin birlik, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında terror təşkilatlarına qarşı mübarizəni dəstəklədiyini bildirib. Açıqlamada qeyd olunub ki, “Bir dövlət, bir ordu” prinsipi çərçivəsində Suriya tərəfindən rəsmi yardım istənildiyi təqdirdə, Türkiyə lazımi dəstəyi göstərməyə hazırdır.