Hakan Fidan: Suriya bölünmə ilə üzləşərsə müdaxilə edəcəyik

Hakan Fidan: Suriya bölünmə ilə üzləşərsə müdaxilə edəcəyik

Sevinc Kərimova · Siyasət ·

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Suriyanın parçalanmasına yönələn istənilən təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.

Redaksiya xəbər verir ki, nazir bu cür addımların Türkiyənin milli təhlükəsinə birbaşa təhdid hesab olunacağını və müvafiq şəkildə cavab veriləcəyini bildirib.

“Xəbərdarlıq edirik: heç bir qrup Suriyanı parçalamağa yönəlik hərəkətə keçməsin. Bölünməyə və sabitsizliyə doğru atılan addımları milli təhlükəmizə təhdid sayırıq və buna qarşı müdaxilə edərik”, – deyə Fidan vurğulayıb.

Nazir əlavə edib ki, İsrailin məqsədi Suriyanı dörd hissəyə bölməkdir və bu planların qarşısı ətraf ölkələrin birgə səyi ilə alınacaq.

Sevinc Kərimova