Türkiyə Xarici İşlər naziri Hakan Fidanın bugün Rusiya prezidenti Vladimir Putin, Təhlükəsizlik Şurasının üzvü Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ilə görüşməsi planlaşdırılır.
Redaksiya Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verir. Türkiyə mətbuatı bildirir ki, danışıqların əsas mövzusu Rusiya–Ukrayna münaqişəsinin mümkün siyasi həlli, İstanbul formatında sülh prosesi və regional təhlükəsizlik məsələləri olacaq.
Görüşlər həm ikitərəfli münasibətlərin davamı, həm də Türkiyənin vasitəçilik səylərinin yenidən gündəmə gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sevinc Kərimova
