Türkiyənin xarici işlər naziri Hakan Fidan sərhədlərin o tayında yaşayan xalqlara münasibətdən danışıb.
Redaksiya xəbər verir ki, Fidan açıqlamasında belə deyib:
“Sərhədlərimizin o tayında qardaş olduğumuz millətlərin bir problemi olduğu zaman onlara yardım etməyimiz bizim tarixi məsuliyyətimiz və vəzifəmizdir.”
Nazir əlavə edib: “Azəri qardaşlarımıza güvənirik. Onlarla yaxın münasibətlərimiz var.”
Nazirin sözlərinə görə, bu yanaşma Türkiyənin həm tarixi mirasından, həm də mənəvi öhdəliklərindən qaynaqlanır.
Sevinc Kərimova
