Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin baş naziri Benyamin Netanyahuya etimadın mümkün olmadığını bildirib. Onun sözlərinə görə, Netanyahunun keçmiş fəaliyyəti onun barış məsələsində nə qədər etibarsız olduğunu göstərir.
Redaksiya xəbər verir ki, Fidan bəyanatında İsrailin razılaşmadan sonra yenidən bölgəyə müharibəni diktə etməyə çalışa biləcəyinə diqqət çəkib. “Netanyahunun sülh prosesində necə davranacağını hamımız bilirik. İsrailin bir daha savaşı başlatması ehtimalı istisna deyil,” – deyə Fidan vurğulayıb.
Nazirin bu açıqlaması, ABŞ vasitəçiliyi ilə əldə edilən Qəzza sülh razılaşmasının icrası öncəsi bölgədəki gərgin atmosferi əks etdirir.
