Güləş üzrə rayon turniri keçirilib

Güləş üzrə rayon turniri keçirilib

Orxan Börüsoy · İdman ·

15 İyun-Milli Qurtuluş Günü”nə həsr edilmiş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Neftçala rayon turniri keçirilib.

Redaksiya-nın bölgə müxbiri xəbər verir ki, 04-05 iyun 2026-cı il tarixlərdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində “15 İyun-Milli Qurtuluş Günü”nə həsr edilmiş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon turniri keçirilib.

İlk öncə Ümumilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

40 nəfər idmançının mübarizə apardığı birincilikdə müxtəlif çəki dərəcələrində I, II və III yerlərə layiq görülənlər müvafiq diplom və medallarla təltif edilib.