Google, öz axtarış sisteminin internet ünvanında bir yenilik edəcəyini bildirdi. Bu dəyişiklik son istifadəçilərə necə təsir göstərəcək?
Redaksiya mənbəyə istinadən xəbər verir ki, mərkəzi ABŞ-da yerləşən böyük texnologiya nəhəngi Google, axtarış motoru xidməti ilə əlaqədar vacib bir açıqlama yayımladı. Şirkətin bildirdiyinə görə, hal-hazırda Azərbaycanda istifadə etdiyimiz "google.az" internet ünvanı bu gündən etibarən dəyişdiriləcək.
Google axtarış sistemi, fəaliyyət göstərdiyi ölkələrdə həmin ölkəyə məxsus internet ünvanı uzantısına sahibdir. Belə ki, bu axtarış sisteminə Azərbaycandan daxil olduğunuz zaman ".az", məsəl üçün, Böyük Britaniyadan daxil olduğunuz zaman isə ".co.uk" yuxarı səviyyəli coğrafi domenini (ccTLD) görürsünüz. Verilən açıqlama bu vəziyyətin dəyişəcəyini göstərir.
Rəsmi olaraq verilən məlumata əsasən, Google gələcəkdə bütün ölkələrdə "www.google.com" internet ünvanı vasitəsilə xidmət göstərəcək. Şirkətin izahına görə, bu qərar istifadəçilərin təcrübəsini bir qədər daha yaxşı hala gətirmək məqsədilə qəbul edilib. Eyni zamanda, bu qərarın tətbiqinin bir neçə ay davam edəcəyi qeyd olunub. Yəni Google, internet ünvanını mərhələli şəkildə dəyişdirəcək.
Google-un qəbul etdiyi bu yeni qərar, son istifadəçilər üçün hər hansı bir fərqliliyə yol açmayacaq. Başqa sözlə, siz əvvəlki kimi Google axtarışlarını etməyə davam edəcəksiniz. Sadəcə olaraq internet brauzerinin yuxarı hissəsindəki ünvan sətrində www.google.az əvəzinə www.google.com yazılacaq.
