Yevlaxda gənc qızın zəhərlənmədən ölməsi ilə ehtimalı ilə bağlı araşdırma başlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir:
"Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb", - məlumatda bildirilib.
Qeyd edilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Gənc qızın zəhərlənərək ölməsi ehtimalı ilə bağlı araşdırma aparılır
Aytac Dəniz · Cəmiyyət ·