Texnologiya sektorunda süni intellekt sahəsində rəqabət yeni mərhələyə keçib. Gemini 3 Deep Think adlı yenilənmiş flaqman modelin nəticələri beynəlxalq göstəricilərdə ciddi sıçrayış nümayiş etdirərək bazarda mövqelərin yenidən dəyərləndirilməsinə səbəb olub.
Redaksiya xəbər verir ki, model ARC-AGI-2 qiymətləndirməsində 84.6 bal toplayıb ki, bu da yeni Opus 4.6 modelinin nəticəsindən demək olar ki, 2 dəfə yüksəkdir. Qeyd olunur ki, əvvəlki imtahanda həmin sistem cəmi 48.4% nəticə göstərmişdi və yeni göstərici performans baxımından kəskin artım kimi qiymətləndirilir.
Bundan əlavə, Gemini Codeforce platformasında 3455 xal toplayaraq rəqiblərini geridə qoyub. Məlumata görə, digər iştirakçılar bu nəticəyə yaxınlaşa bilməyib və model proqramlaşdırma tapşırıqlarında üstünlük nümayiş etdirib.
Model həmçinin Beynəlxalq Riyaziyyat Olimpiadası səviyyəli tapşırıqlarda qızıl medal göstəricisinə uyğun nəticə əldə edib, eyni zamanda kimya və fizika sahələrində də yüksək performans sərgiləyib. Tərtibatçılar bildirirlər ki, bu model klassik elm və mühəndislik anlayışlarını yenidən formalaşdıracaq və tətbiqi tədqiqatlarda inqilabi dəyişikliklərə səbəb olacaq.
