ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel Rusiyaya səfər etməsi barədə yayılan məlumatları təkzib edərək sosial şəbəkədə “Rusiyadan sevgilərlə” mesajını paylaşıb.
Redaksiya xəbər verir ki, ABŞ-nin MS Now telekanalı FTB direktorunun Moskvaya gəldiyi barədə məlumat yayıb. Lakin daha sonra Federal Təhqiqat Bürosu bu xəbəri təkzib edərək telekanalın istinad etdiyi mənbələrin məlumatlılığını şübhə altına alıb.
FTB açıqlamasında “MS Now telekanalının ‘mənbələri’ HEÇ NƏ bilmir!” ifadəsini işlədərək yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Keş Patel də məsələyə münasibət bildirərək Rusiya ərazisində olmadığını təsdiqləyib. O, səfər barədə iddiaların təkzibindən sonra “Rusiyadan sevgilərlə” ifadəsini paylaşaraq yayılan xəbərə istehzalı münasibət göstərib.
