Fransada X sosial şəbəkəsinə qarşı cinayət işi açılıb

Fransada X sosial şəbəkəsinə qarşı cinayət işi açılıb

Fərid Əlizadə · Texnologiya ·

Fransa hakimiyyəti “X” adlı sosial media platformasına qarşı rəsmi cinayət araşdırmasına başlayıb.

Redaksiya xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, araşdırma Fransa qanunvericilərindən biri və adının açıqlanmasını istəməyən yüksək rütbəli dövlət məmurunun şikayəti əsasında başlanıb. Sosial media platforması “X” xarici müdaxilə məqsədilə alqoritmlərlə manipulyasiya etməkdə şübhəli bilinir.

İstintaq hələ yanvar ayında başlanıb. Şikayətdə qeyd olunub ki, platformada Fransa demokratiyasını sarsıtmaq məqsədilə nifrət dolu, irqi ayrı-seçkilik və LGBT əleyhinə çağırışlar yayılıb. Avropa Komissiyası da artıq iki ilə yaxındır ki, “X” platformasının Rəqəmsal Xidmətlər Qanununu pozduğuna dair ayrıca araşdırma aparır.

Xatırladaq ki, daha əvvəl İlon Mask “Telegram” rəhbəri Pavel Durovu dəstəkləyərək, qərbi Avropa ölkələrinin Rumıniya mühafizəkarlarının kanallarını bloklamaq tələbinə qarşı çıxmasına haqq qazandırmışdı. Bu hadisə Rumıniyada keçiriləcək prezident seçkiləri ərəfəsində baş vermişdi.

Fərid Əlizadə