Fransada istefa verən Baş nazir Sebastyan Lekornu yeni hökumətin formalaşdırılması üçün mümkün həll variantlarını müzakirə etmək məqsədilə Prezident Emmanuel Makronla görüşəcək.
Redaksiya xəbər verir ki, Sebastyan Lekornu hökuməti qurduqdan cəmi bir gün sonra istefa verib. Hazırda parlamentdə heç bir siyasi blok çoxluq əldə edə bilmir və ölkə son bir il ərzində artıq üçüncü baş naziri itirib.
Lekornu çıxışında bildirib ki, “Fransanın imici artıq xarici paytaxtlarda da sual altına alınır.” Siyasi böhran büdcə müzakirələrinə və Yeni Kaledoniyanın statusu ilə bağlı işlərə də ciddi təsir göstərir.
