Fransada hantavirus yoluxması qeydə alınıb

Fransada hantavirus yoluxması qeydə alınıb

Aytac Dəniz · Media ·

Fransa MV Hondius kruiz gəmisindən təxliyə edilən vətəndaşlarından birində hantavirus aşkarlandığını açıqlayıb.

Redaksiya Reuters və AP-yə istinadla xəbər verir ki, həmin şəxs gəmidən Parisə gətirilən 5 Fransa vətəndaşından biridir.

Fransa səhiyyə naziri Stefani Rist bildirib ki, xəstənin vəziyyəti xəstəxanaya yerləşdirildikdən sonra ağırlaşıb.

Məlumata görə, digər 4 fransız sərnişin yenidən testdən keçiriləcək.

Fransa hakimiyyəti yoluxan şəxslə əlaqədə olmuş 22 nəfəri müəyyən edib və onların tibbi izlənməsinə başlayıb.

Hökumət virusun yayılmasının qarşısını almaq üçün daha sərt izolasiya tədbirləri tətbiq edir.

MV Hondius gəmisində yayılan virusun Andes tipli hantavirus olduğu bildirilir. Bu növ nadir hallarda yaxın təmas zamanı insandan insana keçə bilir.