ABŞ hərbçilərinin İranın Kiş adası və Bəndər-Abbas bölgəsinə hücum həyata keçirdiyi bildirilir.
Redaksiya “Fox News”a istinadla xəbər verir ki, bu barədə yüksək rütbəli ABŞ rəsmisi məlumat verib.
Məlumata görə, hücum İranın cənubunda yerləşən strateji bölgələri hədəf alıb. Hadisənin miqyası, mümkün itkilər və vurulan obyektlərlə bağlı hələlik detallı məlumat açıqlanmayıb.
İran və ABŞ rəsmiləri hücumla bağlı ayrıca rəsmi bəyanat yaymayıblar. Bölgədə son günlər Hörmüz boğazı ətrafında hərbi gərginliyin artdığı bildirilir.
