Finlandiya Prezidenti: Dünya tarixi yenidən dönüş nöqtəsindədir

Finlandiya Prezidenti: Dünya tarixi yenidən dönüş nöqtəsindədir

Sevinc Kərimova · Siyasət ·

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, hazırda bəşəriyyət 1918, 1945 və ya 1989-cu illərdə olduğu kimi yeni bir tarixi dönüş nöqtəsini yaşayır.

Redaksiya xəbər verir ki, dövlət başçısı dünyanın hansı istiqamətə hərəkət etdiyinin hələlik məlum olmadığını vurğulayıb.

Onun sözlərinə görə, bu qeyri-müəyyənlik beynəlxalq münasibətlərdə həm riskləri, həm də yeni imkanları özündə cəmləşdirir.