ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) 2016-cı il prezident seçkilərində Rusiyanın Donald Trampı dəstəklədiyinə dair minlərlə mühüm sənədi ələ keçirib.
Redaksiya xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Bildirilir ki, sənədlərin bir hissəsi sonradan qəsdən məhv edilmək istənib.
Mənbəyə görə, sözügedən sənədlərdə Rusiyanın Trampın kampaniyasını dolayısı ilə dəstəkləməsi, əlaqəli şəxslərlə təmaslar və seçkiyə müdaxilə iddialarına dair detallar yer alır.
Məsələ ilə bağlı nə FBI, nə də Trampın nümayəndə heyətindən rəsmi açıqlama verilməyib. Amerikalı müstəqil ekspertlər isə sənədlərin ictimaiyyətə açıqlanmasının geniş siyasi nəticələr doğura biləcəyini bildirirlər.
Sevinc Kərimova
