ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) siyasətçi və ictimai fəal Çarli Körkə qarşı törədilən sui-qəsdin araşdırılması çərçivəsində məlumat verən şəxslərə mükafat vəd edib. Qurum bildirib ki, cinayəti törədənlərin kimliyinin müəyyənləşdirilməsinə və yaxalanmasına yardımçı olacaq informasiyanı təqdim edənlərə 100 min ABŞ dollarınadək ödəniş ediləcək.
Redaksiya xəbər verir ki, FBI bu təşəbbüslə həm vətəndaşların təhlükəsizliyini təmin etməyi, həm də istintaq prosesinin sürətləndirilməsini hədəfləyir. Qurum ictimaiyyəti əməkdaşlığa çağıraraq, hadisənin üstünün tezliklə açılacağına ümidvar olduğunu açıqlayıb.
Məlumata görə, Körk ABŞ-ın Yuta ştatında çıxışı zamanı silahlı hücuma məruz qalmış və ağır yaralanmışdı. Hadisə ilə bağlı istintaq davam edir.
