Qəbul edilmiş Dövlət proqramlarının, layihələrin, təşəbbüslərin mərkəzində insan amili, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək dayanır.
Bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi kursun əsas prioritet istiqamətlərindən və qarşıya qoyulmuş məqsədlərindən biri kimi, iqtsadiyyatı şaxələndirmək və hərtətəfli inkişafına nail olmaqdır. Məh bu məqsədlə ötən dövr ərzində regionlarda müasir iqtisadi və sosial infrastruktur layihələrin icrası üçün dövlət proqramları qəbul edilmişdir. Təsdiq olunmuş dövlət proqramları mərhələli şəkildə uğurla icra olunmaqdadır. Bütün bu qeyd etdiyimiz istər siyasi, istər sosial, istərsə də iqtisadi təşəbbüslərin, dövlət proqramlarının mərkəzində insan amili, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək dayanır.
Qeyd etməliyik ki, bu gün təkcə paytaxt Bakı şəhərində deyil, Respublikanın bütün regionlarında sürətli iqtisadi kurs uğurla icra olunmaqdadır. Regionlarda yeni iş yerlərin açılması, əlverişli biznes mühitinin yaradılması, sənaye və iqtisadi parkların istifadəyə verilməsi bu kimi uğurlu işlərə misal göstərilə bilər. Regionlarda yaradılan yeni iqtisadi obyektlər qeyd olunan ərazilərin iqtisadi gücünün artırılmasında, əldə olunan nəticələrin artan temp üzrə çoxalmasında müstəsna əhəmiyyət kəsb edəcəkdir. Bütün dünya dövlətlərində olduğu kimi Azərbaycanda da ərzaq təhlükəsizliyini təmin etmək üçün yeni aqroparkların yaradılmasına start verilmiş və artıq aqroparklar bu sahədə öz müsbət nəticələrini verməkdədir. Böyük aqroparklarla yanaşı bu gün kiçik fermer təsərrüfatlarının inkişafı da öz aktuallığını saxlamaqdadır. İri aqroparkların yaradılmasının əsas məqsədlərindən biri məhsuldarlığın daha yüksək keyfiyyətdə və bol olmasını şərtləndirməkdir.
Rayonlarda ən müasir aqrotexniki vasitələrlə təmin edilmiş, həcmcə daha böyük aqroparkların yaradılması ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, regionlarda məşğulluq probleminin həllində də müstəsna əhəmiyyət kəsb edəcəkdir.
Möhtərəm Prezident cənab İlham Əliyev 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki nitqində bu sahədə ölkəmizin gələcək inkişaf vektorlarını müəyyən etdi.
Mübariz Tağıyev;
Neftçala rayonu
