"Ermənistan yeni konstitusiyanın qəbulunun Azərbaycanla sülhün əldə olunması üçün kifayət edib-etməyəcəyini və sülh müqaviləsinin imzalanmasının bütün mübahisəli məsələlərin yekun həlli demək olub-olmayacağını aydınlaşdırmaq niyyətindədir".
Oxu.Az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edərkən bildirib.
"Ermənistan yeni konstitusiyanı qəbul etdikdən sonra Azərbaycanla sülh sazişi imzalanacaqmı? Bəs bu imzalama prosesi özlüyündə Ermənistan və Azərbaycan arasında heç bir münaqişə gündəliyinin qalmayacağı hərtərəfli sülhün bərqərar olması demək olacaqmı?" - deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda İrəvanın əsas səyləri məhz bu suallara cavab tapmağa yönəldiləcək.
Paşinyan onu da əlavə edib ki, Ermənistanın yeni konstitusiyasının layihəsi noyabr ayında ictimaiyyətə təqdim olunacaq.

Ermənistan Azərbaycandan təsdiq gözləyir?
Aytac Dəniz · Siyasət ·