Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında etdiyi çıxış zamanı gözlənilməz hadisə baş verib. Onun çıxışının son dəqiqələrində səs birdən-birə efirdən kəsilib.
Redaksiya xəbər verir ki, məsələ ilə bağlı ilkin açıqlamada bu halın texniki xəta ilə bağlı olduğu bildirilib. Rəsmi mənbələr əlavə məlumat verməsələr də, hadisə sosial şəbəkələrdə və beynəlxalq medianın gündəminə çevrilib. Türkiyə mediası hadisənin sabotaj olduğunu vurğulayır.
“Clash Report” qeyd edir ki, bu problem yalnız türkcə deyil, bütün dillərdə yaşanıb. Həm sinxron tərcümə, həm də canlı çıxışın özü müəyyən məqamda kəsilib.
Hadisənin səbəblərinin araşdırıldığı qeyd olunur. İzləyicilər isə bu xətanın təsadüfi, yoxsa məqsədli olduğu barədə müxtəlif ehtimallar irəli sürürlər.
