Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurası Zirvəsi çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər Türkiyə-Ermənistan münasibətlərini və Cənubi Qafqazda daimi sabitlik və sülh istiqamətində atılan addımları müzakirə ediblər.
Redaksiya xəbər verir ki, görüşdə Ərdoğan Ermənistan-Azərbaycan barış prosesindən məmnunluğunu ifadə edib və Ankaranın ikitərəfli əməkdaşlığın artırılması istiqamətində atıla biləcək addımları qiymətləndirdiyini bildirib.
Sevinc Kərimova
