Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə telefon danışığı apararaq ikitərəfli münasibətləri və Suriyadakı son prosesləri müzakirə edib. Danışıq zamanı regional təhlükəsizlik məsələləri və mövcud siyasi vəziyyət diqqət mərkəzində olub.
Redaksiya xəbər verir ki, Erdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, sabitliyinə və təhlükəsizliyinə verdiyi dəstəyi bir daha təsdiqləyib və Suriya ərazisində terrorçuluğun tamamilə aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Telefon danışığında Türkiyənin Suriyaya göstərdiyi dəstəyin davam etdiriləcəyi və xüsusilə terrorla mübarizə sahəsində bu dəstəyin genişləndiriləcəyi qeyd olunub. Tərəflər bölgədə sabitliyin təmin olunması üçün koordinasiyanın əhəmiyyətini də müzakirə ediblər.
