Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə Niderlandda keçirilən NATO Zirvəsində baş tutan görüşün detalları barədə danışıb.
Redaksiya xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlamasında bildirib: “Donald Tramp ilə S-400 məsələsini müzakirə etmədik, o məsələ artıq bağlanıb.”
Eyni zamanda Türkiyə lideri F-35 qırıcıları mövzusuna da toxunaraq əlavə edib: “F-35-ləri almaq məsələsində Trampın yaxşı niyyətli olduğunu gördük.”
Ərdoğan görüş zamanı iki ölkə arasında müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb.
Sevinc Kərimova
