Ərdoğan "Bizans qalıqlarına: İstanbul türkdür, müsəlmandır və belə qalacaq”

Ərdoğan "Bizans qalıqlarına: İstanbul türkdür, müsəlmandır və belə qalacaq”

Nizami Salmanov · Media ·

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun tarixi və kimliyi ilə bağlı sərt açıqlama verib.

Redaksiya xəbər verir ki, Ərdoğan bəzi dairələrin İstanbulun türk və müsəlman şəhəri olmasını hələ də qəbul edə bilmədiyini bildirib.

“Bizans qalıqları bunu hələ də qəbul etməkdə çətinlik çəkir”, — deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan İstanbulun Türkiyə və İslam dünyası üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

“İstanbul türkdür, müsəlmandır və qiyamətə qədər türk və müsəlman olaraq qalacaq”, — deyə o bildirib.

Açıqlama Türkiyədə İstanbulun fəthi, tarixi miras və şəhərin dini-mədəni kimliyi ilə bağlı müzakirələr fonunda səslənib.