Epşteyn sağdır? "Fortnite" hesabı şok iddialar doğurur

Epşteyn sağdır? "Fortnite" hesabı şok iddialar doğurur

Sevinc Kərimova · Siyasət ·

Sosial şəbəkələrdə Ceffri Epşteynin əslində ölmədiyi, hazırda İsraildə yaşadığı və "Fortnite" oyunu vasitəsilə iz buraxdığına dair iddialar geniş müzakirələrə səbəb olub. Qısa müddətdə yayılan bu iddialar müxtəlif platformalarda böyük rezonans doğurub.

Redaksiya xəbər verir ki, iddialara əsasən Epşteynə aid olduğu deyilən “littlestjeff1” adlı "Fortnite" hesabı onun 2019-cu ildə açıqlanan ölümündən sonra da aktiv qalıb. Bildirilir ki, hesab vasitəsilə oyundaxili alışlar həyata keçirilib və son olaraq hesabın yerləşmə məlumatında İsrail göstərilib.

Məlumatlara görə, iddialar ictimailəşdikdən sonra sözügedən "Fortnite" hesabı bu gün etibarilə “private” (gizli) rejiminə keçirilib. Bu addım sosial şəbəkə istifadəçiləri arasında şübhələri daha da artırıb.

Qeyd edək ki, yayılan məlumatlar rəsmi qurumlar və ya "Fortnite" platforması tərəfindən təsdiqlənməyib. Hazırda məsələ ilə bağlı hər hansı rəsmi açıqlama yoxdur və iddialar şayiə xarakteri daşıyır.