Epşteyn qalmaqalı genişlənir: Çin diplomatlarının elektron məktubu üzə çıxdı

Epşteyn qalmaqalı genişlənir: Çin diplomatlarının elektron məktubu üzə çıxdı

Sevinc Kərimova · Siyasət ·

Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlər arasında yer alan bir elektron məktub ictimaiyyətin diqqətini cəlb edib. Sənəddə Epşteynin Çin diplomatları ilə görüş keçirdiyi və həmin yazışmada qalmaqallı ifadələrin yer aldığı bildirilir.

Redaksiya xəbər verir ki, yayımlanan elektron məktubda Çin diplomatlarının öz aralarında yazışarkən Ceffri Epşteynə istinadən “watch out for the Jewish dog” (“yəhudi itindən ehtiyatlı olun”) ifadəsini işlətdikləri qeyd olunur. Məktubda bu sözlərin birbaşa Epşteynə yönəldildiyi və diplomatların bir-birini xəbərdar etdiyi göstərilir.

Sənəddə Epşteynin Çin diplomatları ilə görüşünün detalları açıqlanmasa da, yazışmanın məzmunu beynəlxalq səviyyədə ciddi suallar doğurub. Məlumata görə, sözügedən məktub Epşteyn sənədləri çərçivəsində ictimaiyyətə təqdim olunan yeni materiallar arasında yer alır.

Qeyd olunur ki, açıqlanan yazışma həm Epşteynin beynəlxalq əlaqələrinin miqyasını, həm də sənədlərdə yer alan ifadələrin diplomatik etikaya zidd xarakterini bir daha gündəmə gətirib. Məsələ ilə bağlı əlavə araşdırmalar aparılır və yeni sənədlərin açıqlanmasının istisna edilmədiyi bildirilir.