Epstein işi üzrə yeni sənədlər ABŞ-da siyasi müzakirələr yaradıb

Epstein işi üzrə yeni sənədlər ABŞ-da siyasi müzakirələr yaradıb

Sevinc Kərimova · Siyasət ·

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi ilə bağlı sənədlərin yeni hissəsini ictimaiyyətə açıqlayıb. Açıqlanan materiallar ABŞ-ın siyasi dairələrində və mediada geniş müzakirələrə səbəb olub.

Redaksiya xəbər verir ki, yeni sənədlər arasında keçmiş Demokrat Partiyasından olan ABŞ prezidenti Bill Klintonu qadın geyimində təsvir edən rəsmin fotosu da yer alıb. Eyni zamanda, sənədlərdə Bill Klintonun Gislayn Maksuell və adı redaktə edilmiş bir qadınla birlikdə üzərkən görüntüləndiyi barədə məlumatlar əksini tapıb.

Açıqlanan materiallar Ceffri Epşteynin məşhur müğənni Maykl Cekson ilə görüşdüyünü də ortaya qoyur. Bununla yanaşı, ABŞ hökumətinin sənədlərdən ABŞ prezidenti Donald Trampın təsvir olunduğu bir faylı sildiyi bildirilir.

ABŞ Konqresinin üzvü Tomas Massi bəyan edib ki, gələcəkdə formalaşacaq Ədliyyə Nazirliyi hazırkı baş prokuror Pam Bondini Epşteyn sənədlərində qanunsuz redaktələr apardığına görə məsuliyyətə cəlb edə bilər. Bu açıqlama sənədlərin hüquqi və siyasi nəticələri ilə bağlı müzakirələri daha da gücləndirib.