Redaksiya xəbər verir ki, sosial şəbəkələrdə 162 milyon izləyicisi olan və dünyanın ən məşhur TikTok istifadəçilərindən biri sayılan Xabi Leym ABŞ-da miqrasiya qanunvericiliyini pozduğu üçün saxlanılıb.
AFP agentliyinin məlumatına görə, ABŞ Miqrasiya Xidməti Leymin vizasının müddətinin bitməsini əsas gətirərək onu saxlayıb. O, heç bir müqavimət göstərmədən əməkdaşlıq edib və daha sonra ölkəni müntəzəm reyslə könüllü tərk edib.
Sevinc Kərimova
