Əl-Ketbi: Azərbaycan-Ermənistan barışı bölgə üçün yeni imkanlar açacaq

Əl-Ketbi: Azərbaycan-Ermənistan barışı bölgə üçün yeni imkanlar açacaq

Sevinc Kərimova · Siyasət ·

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əmirlik Siyasət Mərkəzinin rəhbəri Ebtisam Əl-Ketbi Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə keçiriləcək görüşü dəyərləndirib.

Redaksiya xəbər verir ki, Əl-Ketbi BƏƏ-nin Cənubi Qafqaz regionunda sabitlik və sülhün təmin olunmasında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, uzun illər davam edən münaqişələrdən sonra iki qonşu ölkə arasında daimi sülhün əldə olunması mühüm əhəmiyyət daşıyır.

“Sülh təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün inkişaf imkanları yaradacaq. Bu, ölkələr arasında əməkdaşlığın və iqtisadi tərəfdaşlıqların genişlənməsi üçün zəmin formalaşdıracaq.” – deyə Əl-Ketbi qeyd edib.

Sevinc Kərimova