Ekran qarşısında uzun saatlar: Videooyunlar çəki riskini artırır

Ekran qarşısında uzun saatlar: Videooyunlar çəki riskini artırır

Sona Osmanova · Elm ·

Videooyunlara uzun müddət vaxt ayırmağın artıq çəki ilə əlaqəli olduğu bildirilir. Mütəxəssislər qeyd edirlər ki, oturaq həyat tərzi, yuxu rejiminin pozulması və düzgün olmayan qidalanma vərdişləri bu prosesdə əsas rol oynayır və sağlamlıq üçün ciddi risklər yaradır.

Redaksiya xəbər verir ki, həftədə on saatdan çox videooyun oynayan şəxslərin artıq çəkiyə malik olma ehtimalı digərləri ilə müqayisədə üç dəfə yüksəkdir.

Məlumata görə, aktiv oyunçular arasında orta bədən kütlə indeksi 26,3 təşkil etdiyi halda, həftədə beş saatdan az oynayanlarda bu göstərici təxminən 22,2 səviyyəsindədir və normal hesab olunur.

Araşdırmada ən problemli qrupun simulyasiya janrına üstünlük verən oyunçular olduğu vurğulanır.

Mütəxəssislər hesab edirlər ki, uzunmüddətli hərəkətsiz oyunlar sağlamlıq bahasına başa gəlir və bu səbəbdən fiziki aktivliyin artırılması vacibdir.