Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi

Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi

Aytac Dəniz · Cəmiyyət ·

8 Noyabr - Zəfər Günü münasibətilə Ədliyyə Nazirliyinin kollektivi Bakıdakı Zəfər parkını ziyarət edib.

Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.