Duş geli istifadəsinin saç və baş dərisinə təhlükəli təsirləri açıqlanıb

Duş geli istifadəsinin saç və baş dərisinə təhlükəli təsirləri açıqlanıb

Aytac Dəniz · Sağlamlıq ·

Dəri və saç sağlamlığı üzrə mütəxəssislər duş gelinin şampun əvəzinə istifadəsinin ciddi fəsadlara səbəb ola biləcəyini bildirirlər. Onların sözlərinə görə, bu məhsulların tərkibi baş dərisi üçün uyğun deyil və davamlı istifadə saç tökülməsi riskini artırır.

Redaksiya məlumat verir ki, duş gelləri saçın səthində çətin yuyulan qalın təbəqə yaradır və bu təbəqə baş dərisinin hava almasını məhdudlaşdırır. Nəticədə dəridə qıcıqlanma, quruluq, kəpək və hətta bakterial infeksiyalar yarana bilər.

Mütəxəssislər qeyd edirlər ki, duş gelinin ağır tərkibi sərt su ilə belə tam təmizlənmir və bu səbəbdən saç kökləri zəifləyərək tökülməyə meyilli olur.

Həkimlər baş dərisinin sağlam qalması üçün yalnız bu məqsədlə hazırlanmış şampunlardan istifadə etməyi və gigiyenik vasitələri bir-birindən ayırmağı tövsiyə edirlər.