Donald Tramp Meksika körfəzi barədə zarafat etdi

Donald Tramp Meksika körfəzi barədə zarafat etdi

Arzu Qafarova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp Meksika körfəzi ilə bağlı səsləndirdiyi açıqlamalarla diqqət çəkib. O, bu coğrafi ərazinin adının dəyişdirilməsi mövzusunda ironik və zarafat xarakterli fikirlər bildirib və açıqlamalar ictimai rezonans doğurub.

Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Tramp əvvəlcə Meksika körfəzini “Trump körfəzi” adlandırmaq istədiyini, lakin bunun təhlükəli nəticələrə səbəb ola biləcəyini düşündüyü üçün bu fikirdən daşındığını bildirib. O, “Mən onu ‘Trump körfəzi’ adlandırmaq istəyirdim, amma bunu etsəydim, öldürülə bilərdim deyə düşündüm” ifadəsini işlədib.

Donald Tramp daha sonra bu fikrin zarafat olduğunu qeyd edərək, əslində körfəzin adının dəyişdirilməsinin planlaşdırılmadığını vurğulayıb. Bununla belə, o, “Trump körfəzi” ifadəsinin səsləniş baxımından yaxşı olduğunu əlavə edib və “Bəlkə də bunu etmək olar, hələ gec deyil” deyə bildirib.

ABŞ prezidenti Donald Trampın bu açıqlamaları siyasi xarakter daşımadığını bildirməsinə baxmayaraq, bəyanat sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalarla qarşılanıb.